Orban: "Rusiya əleyhinə sanksiyalar Moskvadan çox bizə zərər vurdu"

      Orban:    "Rusiya əleyhinə sanksiyalar Moskvadan çox bizə zərər vurdu"
  01 Fevral 2022    Oxunub:1015
"Anti-Rusiya sanksiyaları siyasəti Macarıstana Moskvadan qat-qat çox ziyan vurub". AzVision.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekununa dair mətbuat konfransında deyib.
Orban qeyd edib ki, Rusiya iqtisadiyyatı Moskvaya qarşı sanksiyalar fonunda çox yaxşı dayanıb. O, həmçinin Rusiya iqtisadiyyatının Qərbdə insanların düşündüyündən qat-qat güclü olduğunu söyləyib.

"Avropa İttifaqında Rusiya ilə münaqişə istəyən bir lider yoxdur"
- Rusiya iqtisadiyyatı çox yaxşı dayandı. Rəqəmlərə nəzər salsanız, görərsiniz ki, Rusiya iqtisadiyyatı Qərbdə hesab ediləndən qat-qat güclüdür. Yeri gəlmişkən, Rusiyaya qarşı sanksiyalar siyasəti Rusiyadan daha çox Macarıstana ziyan vurur. Biz bazarı itirmişik,-Macarıstan lideri deyib.

O əlavə edib ki, sanksiyalar “açıq şəkildə uğursuzluğa məhkum olan” bir vasitədir.

- Mən bunu nə Rusiyaya münasibətdə, nə də hər hansı bir ölkəyə münasibətdə məqbul hesab etmirəm, - Orban deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Sanksiya   Macarıstan   Qərb  



Xəbər lenti