Britaniyalı nazir Ceyhun Bayramovla müzakirələri mühüm adlandırıb
“Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla çox yaxşı telefon danışığı oldu. 2022-ci ildə diplomatik münasibətlərin 30 illiyini qeyd edərkən Ukrayna, regional təhlükəsizlik və Azərbaycan Böyük Britaniya tərəfdaşlığının gücləndirilməsi ilə bağlı məsələlərlə bağlı mühüm müzakirələr apardıq”, - dövlət naziri qeyd edib.
Xatırladaq ki, tərəflər dünənki telefon danışığı zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar. Tərəflərin müzakirə mövzusunu regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər təşkil edib. Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən nazirlər bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
AzVision.az
Teqlər: Azərbaycan Britaniya







Vaxtında, Aydın, Lazımlı!


