Kalın və Sallivan Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

 Kalın və Sallivan Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
  02 Fevral 2022    Oxunub:950
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb.
AzVision.az xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələr, xüsusilə siyasi, iqtisadi və müdafiə mövzuları müzakirə edilib.

İki ölkə rəsmisi Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasının regionun sabitliyi və rifahı üçün vacibliyini vurğulayıblar. Onlar Türkiyə-Ermənistan münasibətlərin normallaşması prosesi, Rusiya-Ukrayna sərhədində yaranmış gərginlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə ilə ABŞ arasında razılaşdırılmış Birgə Strateji Mexanizmin detalları da müzakirə edilib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: ABŞ   Türkiyə  



Xəbər lenti