Nazarbayevin daha bir səlahiyyəti ləğv edilib

   Nazarbayevin daha bir səlahiyyəti ləğv edilib
  02 Fevral 2022    Oxunub:1816
Qazaxıstan parlamenti ölkənin daxili və xarici siyasət təşəbbüslərinin birinci prezident Nursultan Nazarbayevlə razılaşdırılmasına dair normanı ləğv edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yaylb.

Parlamentin bu qərarı ölkə prezidenti tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, yanvarın 27-də Senat Nazarbayevin Qazaxıstan Təhlükəsizlik Şurasında və Xalq Assambleyasında ömürlük sədrliyini ləğv edən düzəlişləri qəbul edib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Nazarbayev  



Xəbər lenti