Ermənistanda sutkalıq yoluxma 4 minə yaxınlaşıb

Ermənistanda sutkalıq yoluxma 4 minə yaxınlaşıb
  02 Fevral 2022    Oxunub:784
Ermənistanda son sutka ərzində daha 3 956 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 374 878 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 060-a yüksəlib. Aktiv xəstələrin sayı 23 923 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1 537 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti