Rusiya və Belarus hərbçiləri ilk təlim koordinasiyasına başlayıblar - VİDEO

Rusiya və Belarus hərbçiləri ilk təlim koordinasiyasına başlayıblar -    VİDEO
  02 Fevral 2022    Oxunub:865
Bir müddət əvvəl Rusiyanın Belarusa göndərdiyi xüsusi qoşun bölmələri artıq müttəfiq ölkədə hərbi təlimlərə başlayıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilir ki, eyni anda Belarusun beş poliqonunda hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb. Müttəfiq dövlətin ordusu ilə birgə baş tutan təlimdə motoatıcılar, tank və piyada döyüş maşınlarının ekipajları, artilleriyaçılar iştirak edirlər.

ABŞ-ın BMT-dəki nümayəndəsi: "Rusiya Belarusda 30 min hərbçi yerləşdirəcək"
- Bu mərhələdə onların əsas vəzifəsi müdafiənin aparılması və qanunsuz silahlı birləşmələrə qarşı mübarizənin işlənib hazırlanmasıdır. Təlimlər “Müttəfiq Qətiyyəti-2022” adlı irimiqyaslı manevrlər ərəfəsində keçirilir. Hərbi manevrlər isə fevralın 10-da başlayacaq. Genişmiqyaslı təlimlərdə əsas tapşırıq xarici təcavüzün qarşısının alınması, habelə terrorizmə qarşı mübarizə və İttifaq dövlətin maraqlarının qorunması məsələlərini işləyib hazırlamaqdır,-məqalədə yazılıb.

Xatırladaq ki, bir müddət öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rusiya qoşunlarının Belarusla təlimlər üçün 10 min km məsafə qət etdiyini bildirmişdi.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Rusiya   Təlim  



Xəbər lenti