İspan nəşri ABŞ və NATO-nun Rusiyaya cavabını dərc edib

 İspan nəşri ABŞ və NATO-nun Rusiyaya cavabını dərc edib
  02 Fevral 2022    Oxunub:1586
İspaniyanın “El Pais” qəzeti Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinə ABŞ və NATO-nun məxfi cavabının tam mətnini dərc edib.
AzVision.az xəbər verir ki, nəşrinin yazdığına görə, söhbət ingilis dilində olan iki sənəddən gedir. Bunlar dörd səhifədən ibarət Alyansın cavabı və beş səhifəlik Vaşinqtonun cavabıdır.

Mətnlərdə bu və ya digər formada Qərb tərəfindən rəsmi səviyyədə artıq səsləndirilmiş və ya mənbələrə istinadən Qərb mediasında yer almış müddəalar var.

Amerika tərəfi Rusiya Federasiyasından göndərdiyi cavabın müddəalarını dərc etməməyi xahiş edib və Moskva bu tələblə razılaşıb. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrovun deyib ki, ABŞ-ın təkliflərinin məzmunu tezliklə geniş ictimaiyyətə məlum olacaq, çünki onlar Vaşinqtonun bütün NATO müttəfiqləri və Kiyevlə müzakirə olunub.

Nəşr bildirir ki, Birləşmiş Ştatlar və NATO Rusiya Federasiyasını qoşunların sayı və yerləşdirilməsi barədə məlumat vermək də daxil olmaqla, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə əməl etməyə qayıtmağa çağırıb. ABŞ və NATO, həmçinin Rusiyaya qoşunların və sülhməramlıların Krım, Dnestryanı, Cənubi Osetiya və Abxaziyadan çıxarılması müqabilində silahlara nəzarət üzrə dialoq təklif edib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: NATO   ABŞ   Rusiya  



Xəbər lenti