Qazaxıstan hadisələrinə görə saxlanılan "qanuni oğru" yoxa çıxıb

 Qazaxıstan hadisələrinə görə saxlanılan "qanuni oğru" yoxa çıxıb
  02 Fevral 2022    Oxunub:2545
Bir müddət öncə Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində şübhəli bilinərək saxlanılan "qanuni oğru" Arman Cumageldiyev yoxa çıxıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, “Arman Dikiy” ləqəbli "qanuni oğru"nun fevralın 1-də gözlənilmədən Almatıdakı təcridxanadan naməlum yerə köçürülməsi bir sıra suallar yaradır. Cumageldiyevin üç vəkili məşhur "qanuni oğru"nun hansı səbəbdən və hara göndərildiyini bilmirlər.

- Qeyri-rəsmi mənbələrdən öyrəndik ki, Cumageldiyev Almatı DKNB-yə gətirilib. Binaya daxil olduq və növbətçi bizə çərşənbənin texniki gün olduğunu söylədi, - Talqat Yesimov müdafiə etdikləri şəxsi onlardan gizlətdiklərini deyib.

Vəkillər bir müddət öncə Arman Cumageldiyevin istintaqla əməkdaşlığa və ifadə verməyə hazır olduğunu bildirmişdilər.
Qeyd edək ki, “Arman Dikiy” yanvarın 7-si Almatı şəhərində saxlanılıb.

Tural Tağıyev
AzVision.az


Teqlər:



Xəbər lenti