İrəvan rus turistlərin ən çox seçdiyi məkanı olub

İrəvan rus turistlərin ən çox seçdiyi məkanı olub
  02 Fevral 2022    Oxunub:825
İrəvan son bir həftə ərzində rusiyalı turistlər üçün ən populyar məkana çevrilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
- Ermənistanın paytaxtı xarici uçuşların seçilməsi üçün axtarış sistemlərində ən çox qeyd edilən ərazi olub. Bu barədə “Tutu.ru” səyahət və səyahət xidməti məlumat yayıb. Xidmətin məlumatına görə, İrəvandan başqa ruslar Gümrüyə də üstünlük verirlər. Hansı ki, bura Rusiyadan kifayət qədər aşağı qiymətə - bir tərəfə 50 dollardan olan bilet almaq olur. Fevralda Moskvadan İrəvana birbaşa uçuşun qiymətləri isə bir tərəfə 4,1 min, Gümrü isə 3,6 min rubldan başlayır, - şirkətin saytında yazılıb.

Ümumilikdə isə Rusiyada son bir həftə ərzində ən çox xarici səfərlər arasında İrəvanla yanaşı, İstanbul və Daşkəndə də bilet axtarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  



Xəbər lenti