“Mahirdən xahiş etdik ki, prosesi tezləşdirsin” - Vitse-prezident

“Mahirdən xahiş etdik ki, prosesi tezləşdirsin” -    Vitse-prezident
  02 Fevral 2022    Oxunub:1018
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov millimizin hücumçusu Mahir Emreli ilə klubu “Legiya” arasında yaranan problemə münasibət bildirib.
AzVision.az -ın xəbərinə görə, qurumun bu gün keçirilən Hesabat Konfransından sonra təşkil olunan mətbuat konfransında E.Məmmədov deyib ki, məsələ ilə əlaqədar 2 həftə əvvəl Mahirlə danışığı olub:

“O, vəziyyəti metallı olaraq mənə izah etdi. AFFA tərəfindən təklif elədim ki, hüquqşünaslarımız da ona dəstək versin. İlk növbədə azərbaycanlı futbolçudur və milli komandanın üzvüdür. Hər zaman onun yanındayıq. Hər şey nəzarətdədir. Dünən onunla bir daha əlaqə saxlanıldı, nə köməklik lazım olduğu soruşuldu. Amma ilk növbədə klubu ilə problemi həll etməlidir. Xahiş etdik ki, prosesi tezləşdirsin. İstəmirik ki, oyun praktikasından əziyyət çəksin”.

AzVision.az


Teqlər: MahirEmreli  





Xəbər lenti