Türkiyə-Azərbaycan əlaqələrinin 30 illiyi ilə bağlı konfrans keçiriləcək

Türkiyə-Azərbaycan əlaqələrinin 30  illiyi ilə bağlı konfrans keçiriləcək
  02 Fevral 2022    Oxunub:1431
Sabah Ankarada Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək.
Bu barədə AzVision.az - a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) məlumat verilib.

Qeyd olunub ki, “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyev iştirak edəcəklər.

Konfransın açılışında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, SETA-nın baş koordinatoru Burhanettin Duran və SAM-ın sədri Ufuk Ulutaş çıxış edəcəklər.

Sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi səviyyəsi” və “Enerji. Nəqliyyat və iqtisadi əlaqələr” adlı panel müzakirələri baş tutacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  



Xəbər lenti