Robot-yanğınsöndürənlər sınaqda

Robot-yanğınsöndürənlər sınaqda
  08 Aprel 2014    Oxunub:1242
ABŞ Hərbi Dəniz Qüvvələrinin Elmi Tədqiqat İşləri İdarəsi bu ilin yayında ikiayaqlı robot-yanğınsöndürənlərin istifadədən çıxarılmış “USS Shadwell” gəmisində sınaqlarını keçirməyi planlaşdırır.
Robotlardan nisbətən təhlükəli işlərin – məsələn, çoxlu tüstü və yüksək temperatur şəraitində yanğınla mübarizə üçün istifadə etmək nəzərdə tutulur.

Sınaqlarda universitetlər qrupu tərəfindən birgə yaradılan “SAFFiR” robotu iştirak edəcək. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, robotlar suyun vurulması şəraitində müvazinəti saxlamaq, döndərici klapanları açmaq, xəsarət alanları tapmaq, eləcə də yanğınsöndürmə şlanqlarını idarə etmək və onunla odu söndürmək bacarıqlarını nümayiş etdirəcəklər. Bundan başqa, tüstünün içindən görməyə imkan verən ötürücülərin sınağı planlaşdırılır. Həmçinin yanğın mənbəyi üzərindən uçmağa və xəsarət alanları tapmağa imkan verən dördvintli mini-vertolyotun sınağı da keçiriləcək.

Robotlar müəyyən sərbəstliyə də malik olacaqlar. Belə ki, onlar özləri qərar qəbul edə biləcəklər. Robot-yanğınsöndürənlər insanlarla adi dildə ünsiyyət yaratmaq, konteksti, niyyəti və vəzifələri anlamaq üçün kifayət qədər intellektə malik olmalıdırlar. Konstruktorların sözlərinə görə, istənilən halda robot-yanğınsöndürənlər insanlar tərəfindən uzaq məsafədən idarə olunacaq. Onların gəmidə təkər və tırtıllar üzərində hərəkət etməsinin çətin olması səbəbindən ikiayaqlı yaradılması qərar alınıb.


Teqlər:  





Xəbər lenti