Ermənistandan Türkiyəyə ilk uçuş həyata keçirilib

   Ermənistandan Türkiyəyə ilk uçuş həyata keçirilib
  02 Fevral 2022    Oxunub:1256
Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.
AzVision.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın “FlyOne Armenia” aviadaşıyıcısı İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu həyata keçirib.

Göyərtəsində 65 sərnişin olan Airbus A320 təyyarəsi yerli vaxtla saat 18:00-da "Zvartnots" Beynəlxalq Hava Limanından İstanbula uçub.

AzVision.az



Teqlər:



Xəbər lenti