"CNN"in rəhbəri istefa verdi

"CNN"in rəhbəri istefa verdi
  02 Fevral 2022    Oxunub:1581
"CNN" telekanalının prezidenti Ceff Zuker istefa verib.
AzVision.az xəbər verirki, bu barədə telekanalının saytında məlumat yerləşdirilib.

O, istefasını həmkarı ilə arasında yaranmış münasibətlər faktını vaxtında rəhbərliyə açıqlamaması ilə izah edib. Bu məlumat telekanalın keçmiş aparıcısı Kris Kuomoya qarşı aparılan araşdırma zamanı üzə çıxıb.

"Məndən münasibətlər başlayanda anlatmağım tələb edilirdi, amma mən anlatmadım. Səhv etmişəm", - deyə Zuker bildirib.

55 yaşlı C.Zuker 2013-cü ilin əvvəlində telekanalın prezidenti təyin edilib. Bundan əvvəl o, 25 ilə yaxın "NBC" teleşirkətində çalışıb.

AzVision.az



Teqlər: CNN  



Xəbər lenti