|
| Gərginlik artır: Daha 3 rus gəmisi Aralıq dənizinə daxil oldu- FOTO |
- Çünki Estoniya təyyarələri müəyyən edərkən səhvə yol verə bilərdi. Əslində sərhəd pozuçusu "Su-27"lər əvəzinə, Rusiyanın ən son model "Su-30SM2" qırıcıları var. Eyni zamanda, həqiqətən də bir qrup pilot idarə etdiyi qırıcıları ilə Estoniya sərhədlərinə yaxın uça bilərlər. Çünki onlar daimi yerləşmə məkanları sayılan Kalininqrad vilayətindəki aviabazaya uçublar. Xatırladaq ki, Müdafiə Nazirliyi Estoniyanın hava məkanının pozulması ilə bağlı ittihamları rəsmən təkzib edib,-məqalə müəllifləri yazıb.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.
ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


