Ermənistanın yeni pezidenti martda seçiləcək

Ermənistanın yeni pezidenti martda seçiləcək
  03 Fevral 2022    Oxunub:774
Ermənistanda prezident seçkiləri mart ayında keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyan söyləyib ki, Ermənistan parlamentinin 65 deputatı yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın bu posta namizədliyini dəstəkləyib və bu, hakimiyyətin namizədin prezident seçiləcəyinə inam yaradır.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur. Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilsə də bu baş tutmayıb.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib.

Ölkə parlamenti tərəfindən fevralın 1-də Armen Sarkisyanın prezidentlik səlahiyyətlərinə rəsmən xitam verilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Armen-Sarkisyan  



Xəbər lenti