"Bakı və İrəvan dəmir yollarının açılmasına yaxındır" - Paşinyan
"Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun tikintisinə və bərpasına başlamağa çox yaxındır ki, bu da regionda kommunikasiyaların blokadadan çıxarılması deməkdir", - Paşinyan hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk və "Rusiya Dəmir Yolları" QSC-nin baş direktoru Oleq Belozerov dünən İrəvana işgüzar səfərə gəliblər. Onlar baş nazirin müavini Mqer Qriqoryanla görüşüblər. Qeyd etmək istəyirəm ki, biz kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupunun ilk praktik nəticəsini müəyyən etməyə çox yaxınıq. Dünənki iclas Arazdəyən(Yerasx)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunmuşdu”.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Bakı İrəvan Kommunikasiya







Vaxtında, Aydın, Lazımlı!


