"Putin Çindən sonra Türkiyəyə səfər edəcək" - Ərdoğan

   "Putin Çindən sonra Türkiyəyə səfər edəcək" -    Ərdoğan
  03 Fevral 2022    Oxunub:1114
“Rusiya lideri Vladimir Putinin Çinə səfərindən sonra Türkiyəyə səfərə gələcəyinə ümid edirik”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib.

“Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşümüz olacaq və cənab Putin Çinə səfərindən sonra Türkiyəyə səfər edəcəyini bizə söylədi. Biz Rusiya ilə Ukrayna arasındakı mənfi hadisələri sadəcə müşahidə edə bilmərik. Ümid edirəm ki, iki ölkə arasındakı bu təlatümlü dövrü uğurla keçəcəyik", - Ərdoğan əlavə edib.

Türkiyə prezidenti, həmçinin qeyd edib ki, Ankara regiondakı gərginliyi yaxından izləyir və bütün tərəfləri dialoqa çağırır: "Biz daim Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyimizi bəyan edirik. Bölgədə sülhün hökm sürməsi üçün hər kəsi dialoqa çağırırıq. Bir daha vurğulayıram ki, regionumuzda sülh və etimad mühitinin yaradılmasına töhfə verməyə hazırıq".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ərdoğan   Putin  



Xəbər lenti