Antalyada `Bakı–2015` Avropa Oyunlarının təqdimatı- FOTO, VİDEO

Antalyada `Bakı–2015` Avropa Oyunlarının təqdimatı- FOTO, VİDEO
  08 Aprel 2014    Oxunub:1449
Aprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, “Bakı – 2015” Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları iştirak edəcəklər.

Aprelin 8-də tədbir çərçivəsində 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı olacaqdır. Təqdimatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov edəcək.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcəkdir. İlk Oyunlarda idmanın 19 növü üzrə 6 minədək idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti