Putinin Türkiyəyə səfərinin vaxtı hələlik razılaşdırılmayıb - Peskov

Putinin Türkiyəyə səfərinin vaxtı hələlik razılaşdırılmayıb -    Peskov
  03 Fevral 2022    Oxunub:1376
"Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə səfərinin konkret tarixi hələlik razılaşdırılmayıb".
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü əlavə edib ki, iki lider səfərlə bağlı fevralın sonu, başqa tarixlər haqqında danışıblar. Tərəflər görüşün epidemioloji vəziyyət və iki prezidentin qrafikləri imkan verən kimi baş tutmasında maraqlıdır: "Hələlik dəqiq tarixlər yoxdur. Amma ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Peskov  



Xəbər lenti