|
| Ermənistanda demokratiya geriləyib - "Freedom House" |
Qeyd edək ki, sözügedən qanun 30 avqust 2021-ci ildə qüvvəyə minib. 31 dekabr 2021-ci il tarixinə bununla bağlı 263 cinayət işi başlanıb. Onlardan 214-ü istintaqda araşdırılır, 31 nəfərə qarşı ittiham irəli sürülüb, 7 iş isə məhkəmədədir.
Erməni cəmiyyəti yeni arzuolunmaz halı fikir azadlığına zərbə kimi qiymətləndirir.
Xatırladaq ki, Beynəlxalq İnsan Haqları Təşkilatı “Freedom House” ötən ilin payızında Ermənistanda ciddi hüquq pozuntusuna dair məlumat yaymışdı. Təşkilat İrəvanın fikir azadlığını boğduğunu, “Facebook” istifadəçilərindən birinin Ermənistanın baş naziri Nikol Paşinyanı sosial şəbəkələrdə aşağıladığı üçün açılan cinayət işindən narahatlığını ifadə etmişdi.
- Bu, parlamentin hökumət rəsmilərinə "ağır təhqirləri" cinayət işi sayan düzəlişləri qəbul etməsindən cəmi iki ay sonra baş verdi. Düzəliş isə Ermənistanda demokratiya normalarının, o cümlədən söz azadlığının açıq şəkildə geriləməsini simvollaşdırdı. Biz Ermənistan hakimiyyətini təhqiri cinayət sayan bu konstitusiyaya zidd qanunun tətbiqinə dərhal son qoymağa çağırırıq.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


