Suriyada "İŞİD" liderlərindən biri məhv edilib

 Suriyada "İŞİD" liderlərindən biri məhv edilib
  03 Fevral 2022    Oxunub:1250
ABŞ prezidenti Co Bayden Suriyada "İŞİD" qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunub ki, İbrahim Əbu Haşimi-əl-Qureyşi məhv edilib.

Bundan əvvəl Pentaqonun sözçüsü Con Kirbi ABŞ-ın xüsusi əməliyyat bölmələrinin Suriyanın şimal-qərbində uğurlu terrorla mübarizə əməliyyatı keçirdiyini bildirib.

“Silahlı qüvvələrimizin məharəti və cəsarəti sayəsində biz "İŞİD" liderlərindən biri Əbu İbrahim Haşimi əl-Qureyşi döyüş meydanında məhv etdik”, – Ağ Evin bəyanatında deyilir.

Pərvanə Sultanova
AzVision.az







Teqlər:



Xəbər lenti