“Rusiya-Ukrayna böhranının həlli üçün üzərimizə düşəni etməyə hazırıq”

 “Rusiya-Ukrayna böhranının həlli üçün üzərimizə düşəni etməyə hazırıq”
  03 Fevral 2022    Oxunub:2386
Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam etdiyimizi təkrarlamaq istəyirəm.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Ukraynalı rəsmilərin dialoqa dair mesajlarını təqdir edirəm. Türkiyə Qara dənizdə qonşu olduğu iki dost dövlət Ukrayna və Rusiya arasında böhranın sona çatması üçün öhdəsinə düşəni etməyə hazırdır. Liderlər və yaxud da texniki heyətlər səviyyəsində görüşlərə ev sahibliyi edə biləcəyimizi bugünkü görüşdə bir daha vurğuladım. Böhranın Ukraynanın ərazi bütövlüyü əsasında Minsk razılaşmaları çərçivəsində diplomatiya və sülh yolu ilə həll olunacağına əminəm”, - deyə Ərdoğan qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə   Ukrayna  



Xəbər lenti