Türkiyə və Ermənistan nümayəndələri Vyanada görüşəcək

   Türkiyə və Ermənistan nümayəndələri Vyanada görüşəcək
  03 Fevral 2022    Oxunub:887
Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün vaxtı və yeri bilinib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü "Tvitter"də məlumat yayıb. Bildirilib ki, xüsusi nümayəndələrin növbəti görüşü fevralın 24-də Vyanada baş tutacaq.

Qeyd edək ki, tərəflər arasında ilk görüş bu il yanvarın 14-də Moskvada baş tutub.

AzVision.az


Teqlər: Türkiyə   Ermənistan  



Xəbər lenti