Yaponiyada yoluxma sayı ilk dəfə 100 mini keçdi
Beləliklə pandemiya başlayandan bəri Yaponiyada koronavirusa yoluxanların sayı ümumilikdə 3 milyon nəfəri ötüb.
Əlaqədar qurumların həyata keçirdiyi profilaktik tədbirlərə baxmayaraq, yoluxma sayı durmadan artır.
Hazırda böyük Tokio rayonu da daxil olmaqla ölkənin 35 prefekturasında gücləndirilmiş məhdudiyyətlər rejimi qüvvədədir. Həmin məhdudiyyətlər ilk növbədə ictimai iaşə müəssisələrinin vaxtından tez bağlanmasını və spirtli içkilər satmamasını nəzərdə tutur. Bu məhdudiyyətlərin fevralın 13-dək qüvvədə olacağı bildirilir.
Hökumət virusa qarşı peyvəndin buster dozasının qəbulunu sürətləndirmək məqsədilə Tokioda özünümüdafiə qüvvələrinin xüsusi mərkəzini açıb. Son məlumatlara görə, Yaponiyanın 99,8 milyon sakini (78,8 faiz) peyvəndin hər iki dozasını alıb. Ümumilikdə 5,5 milyon (4,5 faiz) nəfər isə buster dozanı qəbul edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


