Putin son iki ildə ilk dəfə Çinə səfər edəcək
Səfər zamanı Putini 5 nəfər - xarici məsələr üzrə Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Dmitri Çernışenko, energetika naziri Nikolay Şulqinov və “Rosneft”in rəhbəri İqor Seçin müşayiət edəcək.
“Biz Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrinin yeni dövrə qədəm qoymasını çox yüksək qiymətləndiririk”, - Rusiya lideri "Sinxua" agentliyində dərc edilən məqaləsində bildirib.
Putin sonuncu dəfə 2019-cu ilin aprelində Çinə işgüzar səfər edib və "Bir kəmər, bir yol" ikinci beynəlxalq forumunda iştirak edib. Həmçinin, Si Cinpinlə görüş keçirib.
Çin mediası Putinin hazırkı səfərini təkcə son iki ildə iki dövlət başçılarının ilk canlı görüşü kimi deyil, həm də ilin əvvəlində beynəlxalq münasibətlərdə mühüm hadisə kimi qiymətləndirir. Səfər zamanı əsasən qlobal təhlükəsizlik və qaz təchizatını müzakirə ediləcək.
"Qarşıdan gələn səfər zamanı Çin sədri Si Cinpin və mən ikitərəfli, regional və qlobal gündəliyin əsas məsələlərini hərtərəfli nəzərdən keçirəcəyik. Görüşümüzün Bahar bayramında baş tutması simvolikdir", - Putin qeyd edib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


