Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar hazırlayıb

   Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar hazırlayıb
  04 Fevral 2022    Oxunub:1455
Avropa Komissiyası Rusiyaya qarşı geniş iqtisadi və maliyyə sanksiyaları paketi hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib.

O, Rusiya prezidentinin yaxın ətrafına qarşı sanksiyaları istisna etməyib.

“Biz güclü və genişmiqyaslı maliyyə və iqtisadi sanksiyalar paketi hazırlamışıq. O, xarici kapitala çıxışın məhdudlaşdırılmasından tutmuş texniki məhsulların ixracına nəzarətə qədər uzanır. Bu məhdudiyyətlər Rusiya iqtisadiyyatını daha da zəiflədəcək.
Əlbəttə, Putinin ətrafındakı insanlar və oliqarxlar şəxsi sanksiyalar siyahısına daxil olduqlarına görə, hər şeydən əvvəl isə bizim hazırladığımız maliyyə və iqtisadi sanksiyalara görə zərər çəkə bilərlər", - Leyen söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Avropa-Komissiyası   Sanksiya  



Xəbər lenti