Makron Rusiyaya və Ukraynaya səfər edəcək
Qeyd olunub ki, Makron fevralın 7-də Rusiyaya, fevralın 8-də isə Ukraynaya səfər etməyi planlaşdırır.
Dünən Fransada Aİ daxili işlər nazirlərinin qeyri-rəsmi sammitindən əvvəl Makron jurnalistlərə müsahibəsində Rusiyaya səfərini istisna etmədiyini bildirib.
Cümə axşamı Fransa tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinin Makronla telefon danışığı olub, dövlət başçıları Ukrayna ətrafındakı vəziyyəti, Moskvanın ABŞ və NATO ilə təhlükəsizlik təminatlarına dair danışıqları ilə bağlı məsələləri müzakirə ediblər. İki ölkə liderləri gələcək təmaslar barədə də razılığa gəliblər.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


