Türkiyədə əhalinin sayı açıqlanıb
Ölkədə kişilərin sayı 42 milyon 428 min 101 nəfər, qadınların sayı isə 42 milyon 252 min 172 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
Türkiyədə yaşayan əcnəbilərin sayı isə əvvəlki illə müqayisədə 458 min 626 nəfər artaraq 1 milyon 792 min 36 nəfərə çatıb. Onların 49,7 faizini kişilər, 50,3 faizini isə qadınlar təşkil edir.
Qeyd edək ki, əhalinin illik artımı 2020-ci ildə 5,5 faiz olub.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


