İrəvanda aksiya: "Rusiya da "Qarabağ Azərbaycandır!" deyir"- VİDEO

      İrəvanda aksiya:    "Rusiya da  "Qarabağ Azərbaycandır!" deyir"-   VİDEO
  04 Fevral 2022    Oxunub:920
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğal zamanı Qarabağda məskunlaşdırılmış ermənilər İrəvana qaçıblar. "Qaçqın" adıyla İrəvanda dolaşaraq tez-tez aksiyalar keçirən həmin erməni vətəndaşlar yenidən Azərbaycan torpaqlarına qayıtmaq istədiklərini dilə gətirir, hökumətin onlara yaxşı baxmamasından gileylənirlər.
AzVision.az xəbər verir ki, yerli media bu gün növbəti dəfə Qarabağdan qaçaraq paytaxta sığınmış ermənilərin aksiya keçirməsindən yazıb.

Erməni "qaçqınlar" İrəvanda etiraz aksiyası keçiriblər- VİDEO
Bildirilir ki, etirazçılar bu gün də keçmiş qondarma rejimin Ermənistandakı "nümayəndəliyi"nin binası qarşısında aksiya təşkil ediblər.

- Qarabağı geri qaytardılar. İndi isə Zəngəzur və Tavuşu verirlər. Biz aşkar şəkildə dedik ki, bizə baxın, gələcəyinizə baxın! Qarabağdan qurtulmaqla, İrəvanda erməni kimi yaşamaq üçün son ümidinizi də itirəcəksiniz, aksiya zamanı jurnalistlərə “Hadrut naminə” QHT-nin təşəbbüskarlarından biri Leon Ayryan deyib.

Erməni fəal Rusiyanın da artıq müttəfiqi Ermənistanın deyil, Azərbaycanın siyasi tələbinə uyğun davranmasından gileylənib.



- Bizə deyirlər ki, siz Qarabağa(Xankəndinə-red.) qayıtmalısınız. Rusiya deyir ki, "Qarabağ Azərbaycandır". Biz necə qayıda bilərik? Oraya köçən erməni nə etsin?



Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra 30 il Azərbaycan torpaqlarını işğalda saxlamış İrəvanın həmin rayonlarda qanunsuz məskunlaşdırdığı xeyli sayda erməni indi İrəvan küçələrində dolaşmaqdadır. Onlar ara-sıra aksiyalar keçirərək hökumətin ayırdığı "qaçqln pulunun" azlığından və evsiz qalmalarından şikayət edirlər.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Qaçqın   Aksiya  



Xəbər lenti