Türkiyədə 5 terror aktının qarşısı alınıb, 47 terrorçu zərərsizləşdirilib

   Türkiyədə 5 terror aktının qarşısı alınıb,    47 terrorçu zərərsizləşdirilib
  04 Fevral 2022    Oxunub:1008
Bu ilin yanvar ayında 34-ü sağ, 13-ü isə təslim olmaqla ümumilikdə 47 terrorçu zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bundan əlavə, ümumilikdə 5 terror aktının qarşısının alınıb.

2022-ci ilin yanvar ayında terrorçulara qarşı ümumilikdə 1315 əməliyyat həyata keçirilib: "Bu əməliyyatlarda 34-ü sağ, 13-ü təslim olmaqla ümumilikdə 47 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçulardan 38-nin PKK/KCK, 8-nin İŞİD, 1-nin isə solçu terror təşkilatı üzvü olduğu müəyyən edilib. Əməliyyatlarda 2 min 229 şübhəli nəzarətə alınıb, onlardan 295-i həbs edilib".

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Terrorçu   Türkiyə  



Xəbər lenti