ABŞ: `Donetskdə baş verənlər Rusiyanın işidir`

ABŞ: `Donetskdə baş verənlər Rusiyanın işidir`
  08 Aprel 2014    Oxunub:1177
ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Cennifer Psaki Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton regiondakı hadisələrdə Rusiyanın əli olduğunu düşünür.

- Ukraynadakı hadisələri dəyərləndirərkən Vaşinqton rəsmi Kiyevin dediklərinə inanır, Moskvanın izahlarına yox,- deyə Psaki Vaşinqtonda keçirdiyi mətbuat konfransında bəyan edib. O bildirib ki, Ukrayna rəhbərliyi ilə sıx əlaqə saxlayırlar.

Psaki həmçinin əlavə edib ki, Amerika Ukraynada hərbi əməliyyatlara başlamaq variantını nəzərdən keçirmir.

Ağ Evin təmsilçisi Cey Karni də həmçinin bildirib ki, Ukraynada baş verənlər Rusiyanın bu ölkəyə artan təzyiqinin göstəricisidir. “Donetskdə mitinq edənlərin bir çoxu heç yerli əhali deyil, onlar pul ilə aksiyaya çıxıblar”,- deyə Karni bildirib.

O əlavə edib ki, əgər Rusiya Ukraynanın şərq hissəsinə əl uzatsa, bu, çox ciddi gərginliyə səbəb olacaq.

Ağ Evin təmsilçisi Kremli Ukraynada sabitliyi pozan hərəkətlərə son qoymağa çağırıb.

Rusiya XİN-in dünən axşam yaydığı cavab bəyanatında isə deyilir ki, “Ukraynanın bütün bəlalarında Rusiyanı günahlandırmağa son qoymaq lazımdır. Ukrayna xalqı öz rəhbərliyindən cavab gözləyir”.

Səbinə


Teqlər:





Xəbər lenti