"Gərginliyin azaldılmasına lazımi dəstəyi verməyə hazırıq" - Ərdoğan

   "Gərginliyin azaldılmasına lazımi dəstəyi verməyə hazırıq" -    Ərdoğan
  04 Fevral 2022    Oxunub:762
"Səfər zamanı Ukraynanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə olan dəstəyimizi bir daha vurğuladıq".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə deyib.

“Təəssüf ki, Ukrayna ilə Rusiya münasibətlərində gərginlik getdikcə artır. Gərginliyin azaldılması üçün lazımi dəstəyi verməyə hazır olduğumuzu cənab Zelenskiyə xüsusilə bildirdik. O da “Bu vəziyyətdə üzərimə nə düşürsə, bunu etməyə hazıram. Mənə zəng etdiyiniz andan iki gün sonra, nə desəniz, haraya desəniz oraya gələrəm” dedi. Bu mövzuda liderlər səviyyəsində bir zirvəyə və ya texniki səviyyədə görüşlərə ev sahibliyi etməyə hazır olduğumuzu ifadə etdik”, - Ərdoğan vurğulayıb.

Ərdoğan Putinin Türkiyə səfərinin tarixinin dəqiqləşdirilmək üzrə olduğunu söyləyib: "Sonra, biz cənab Putin və Zelenskini arasında belə bir görüş təşkil etmək istəyirik. Cənab Zelenski ilə artıq bu məsələdə razılaşmışıq. İnanıram ki, biz buna yüksək səviyyədə nail ola bilsək, əldə edəcəyimiz nəticə regionda yeni imkanlar formalaşdırmağa yardım edəcək. Bu ümid məndə Zelenski ilə görüş zamanı yarandı. İnşallah sonu yaxşı olar".

AzVision.az



Teqlər: Ərdoğan   Ukrayna  



Xəbər lenti