"CQD"nin Avropanın enerji təhlükəsizliyində böyük rolu var" - Səfir

 "CQD"nin Avropanın enerji təhlükəsizliyində böyük rolu var" -   Səfir
  04 Fevral 2022    Oxunub:1237
"Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir".
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitterdə yazıb.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında iştirak etdim. "CQD" Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir. Bu keçidin həyata keçirilməsində "bp-
Azərbaycan"ın töhfələrini görməkdən məmnunam", - diplomat yazıb.

Xatırladaq ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Cənub-Qaz-Dəhlizi   Britaniya  



Xəbər lenti