"CQD" Avropaya sabit və etibarlı qaz tədarükünü təmin edib - Nazir
O qeyd edib ki, Şuranın iclası həm Avropanın enerji təhlükəsizliyi, həm də iqlim üçün həlledici məqamda keçirilir.
"Təbii qaz tədricən kömürdən imtina olunmasında həlledici rol oynayıb. Azərbaycan kimi ölkələr "xalis sıfır" dövrünün aparıcı enerji dövlətlərinə çevrilmək imkanına malikdir. Xəzər dənizində karbohidrogenlərin hasilatında rol oynamış bp kimi şirkətlər 2050-ci ilədək tullantıların sıfır həddinə çatdırılması üçün ambisiyalı planlar qururlar. Biz Azərbaycan hökuməti də daxil olmaqla, tərəfdaşlarımızım üzərinə götürdükləri öhdəlikləri alqışlayırıq", - nazir bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


