NATO Baş katibi postuna 5 namizəd var

NATO Baş katibi postuna 5 namizəd var
  04 Fevral 2022    Oxunub:918
NATO Baş katibi postuna əsas namizədlərin adları məlum olub.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın "DPA" agentliyi məlumat yayıb.

NATO-nun rəhbəri postuna namizədlər Böyük Britaniyanın sabiq baş naziri Tereza Mey, Niderlandın baş naziri Mark Ryutte, Rumıniyanın prezidenti Klaus Yohannis, Estoniyanın baş naziri Kaya Kallas və Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq Ali nümayəndəsi Frederika Mogerinidir.

Qeyd edək ki, hazırkı baş katib Yens Stoltenberq Norveç Mərkəzi Bankının sədri seçilib. O, mandatının bitdiyi gündən yeni işinə başlayacaq.

AzVision.az



Teqlər: NATO   Namizədlər  



Xəbər lenti