Xarkovda “antiterror” əməliyyatları başladı

Xarkovda “antiterror” əməliyyatları başladı
  08 Aprel 2014    Oxunub:1026
Ukrayna Daxili İşlər Nazirliyi ölkədə “terror əleyhinə əməliyyatlara başlayıb.
“Antiterror əməliyyatları başladı. Şəhərin mərkəzi bağlanıb. Narahat olmayın. Məsələni həll edək, açarıq” –deyə Ukraynanın daxili işlər naziri Arsen Avakov bəyan edib.

Bundan əvvəl Ukraynanın şərq və cənub regionlarına ölkənin digər bölgələrindən əlavə polis dəstələri gəliblər.

“ Bu xüsusi dəstələr yerli nüansları nəzərə almadan tapşırıqlara uyğun olaraq öz operativ əməliyyatlarını həyata keçirməyə hazırdırlar.

Bu arada Rusiya xarici işlər nazirliyinin Facebook səhifəsində məlumat verilib ki, Ukraynanın cənub-şərqində, o cümlədən Donetsk şəhərində, “Pravıy sektor” qeyri-qanuni silahlı birləşmənin iştirakı ilə Ukraynanın daxili qoşunları və Milli qvardiya bölmələri cəmləşdirilir. Onlara Cənubi-Şərq sakinlərinin etirazlarının qarşısının alınması tapşırılıb. Əməliyyata “Sokol” bölməsinin döyüşçülərinin formasını geyinmiş ABŞ-ın xüsusi "Greystone" hərbi təşkilatının 150 hərbiçisi də cəlb edilib.

Sənbinə Həsənova


Teqlər:  





Xəbər lenti