Yunanıstana giriş qaydaları dəyişilir

Yunanıstana giriş qaydaları dəyişilir
  05 Fevral 2022    Oxunub:1229
Fevralın 7-dən etibar müddəti bitməmiş Avropa peyvəndi sertifikatına malik olan şəxslərin Yunanıstana girişi icbari test olmadan həyata keçiriləcək.
AzVision.az bu ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son vaxtlara qədər ölkəyə daxil olmaq üçün peyvənd sertifikatı və mənfi molekulyar və ya ekspress test tələb olunurdu.

Qeyd edilir ki, peyvəndlə bağlı Avropa sertifikatı doqquz ay qüvvədə olacaq. Fevralın 7-də Yunanıstanda peyvəndin ikinci dozasını yeddi ay əvvəl alanların (peyvəndin birinci mərhələsini tamamlamış) sertifikatlarının müddəti başa çatır. Bu vətəndaşlar üçüncü dozanı qəbul edənə qədər peyvənd olunmamış hesab olunacaq və bundan irəli gələn bütün məhdudiyyətlərə məruz qalacaqlar.

Bununla belə, Avropanın iki dozalı peyvənd sertifikatları 9 ay müddətində etibarlı olacaq.

AzVision.az



Teqlər: Yunanıstan  



Xəbər lenti