Ermənistan XİN: "Paşinyanın Türkiyə səfəri müzakirə olunmur"

      Ermənistan XİN:    "Paşinyanın Türkiyə səfəri müzakirə olunmur"
  05 Fevral 2022    Oxunub:1180
Dünən Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay Ermənistanın Baş naziri Nikol Paşinyanın mart ayında Türkiyəyə səfər edəcəyi barədə məlumat yaydı. Onun sözlərinə görə, Baş nazir Antalya Diplomatiya Forumunda iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu gün artıq rəsmi İrəvan yayılan bu informasiyaya reaksiya verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan "Facebook"da paylaşım edərək yazıb ki, Paşinyan Türkiyəyə səfər etməyəcək.

Paşinyan Türkiyəyə gedəcək
- Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və Antalyadakı diplomatik forumda iştirakı müzakirə edilmir”, - Unanyan deyib.

Qeyd edək ki, Ermənistanın uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlaması səbəbindən Anakara İrəvanla diplomatik münasibətlər qurmurdu, sərhədləri isə bağlamışdı. Ermənistan rəhbərliyindən nadir hallarda qardaş ölkəyə səfərlər təşkil edilirdi. Son zamanlar artıq iki ölkə arasındakı soyuq münasibətlərdə yumşalmalar hiss edilməkdədir. Həm Moskvada ikitərəfli dialoqun aparılması, həm də yeni uçuşların təşkili bu qəbildən olan tədbirlərdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Türkiyə   Ermənistan   Səfər  



Xəbər lenti