Ukraynada xüsusi təyinatlılar səfərbər edildi -VİDEO

Ukraynada xüsusi təyinatlılar səfərbər edildi -VİDEO
  08 Aprel 2014    Oxunub:1122
Ukraynanın şərqində baş qaldıran nümayişlərlə əlaqədar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlıları Donbasa gətirilib.

Ölkə prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun etirazçılara qarşı mübarizə barədə bəyanatından sonra təyyarələr Donbas hərbi hava limanına eniş edib. Xatırladaq ki, bu vaxta qədər ölkə daxilində baş verən bütün gərgin anların qarşısının alınması “Berkut” və “Titan” xüsusi təyinatlılara həvalə edilirdi. Məlum Maydan hadisələrindən sonra xüsusi qərarla hər iki bölmə ləğv olunub. Hazırda ölkə əhəmiyyətli hadisələr “Alfa”ya tapşırılır.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın daxili işlər naziri Aleksandr Avakov Xarkovda “antiterror əməliyyatlarının başladığını bəyan edib. Bildirib ki, əməliyyatlar çərçivəsində şəhərin mərkəzi bağlanacaq və xüsusi təyinatlı polis dəstələri “heç bir güzəştsiz tapşırıqları yerinə yetirəcəklər”.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti