“Pekin-2022” nin ilk qızıl medalını Norveç idmançısı qazandı

İdmançı karyerasında ilk dəfə şəxsi kateqoriyada Olimpiya qızılı qazanıb.
Rusiya Olimpiya Komitəsinin idmançısı Nataliya Nepryaeva gümüş, avstriyalı Tereza Ştadlober isə bürünc medala sahib olublar.
Norveçli idmançı T.Yohauq “Vankuver-2010” Qış Olimpiya Oyunlarında estafet yarışlarında birinci olub. “Soçi-2014”də gümüş və bürünc medal qazanan atlet 2018-ci ildə Pxençanda təşkil olunan Olimpiadada diskvalifikasiya səbəbindən iştirak etməyib.
AzVision.az
Teqlər: