Pekin-2022: Daha 10 nəfərdə koronavirus aşkarlanıb

Bildirilib ki, fevralın 5-də Çinə 305 nəfər gəlib, onlardan 190-ı idmançı və rəsmi şəxslər, 115-i komanda nümayəndələridir. Hava limanında və Olimpiya kəndinin mehmanxanasında aparılan PCR testləri nəticəsində 10 yeni yoluxma halı aşkarlanıb ki, onlardan da 6-sı idmançı və rəsmi şəxslər, 4-ü isə komanda nümayəndələridir.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.
AzVision.az
Teqlər: