Bu gün Putinlə Makron Moskvada görüşəcək
Putin və Makron arasında görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılıb. “Journal du dimanche” qəzetinin məlumatına görə, Moskvada danışıqlar bazar ertəsi günorta və axşama planlaşdırılıb, lakin heç bir vaxt məhdudiyyəti qoyulmayıb. Qəzet yazıb ki, iki ölkənin liderləri təkbətək görüşəcək, danışıqlarda yalnız tərcüməçilər və görüşün protokolunu aparanlar iştirak edəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


