Dörd ölkənin XİN rəhbəri Ukraynaya gedir

Dörd ölkənin XİN rəhbəri Ukraynaya gedir
  07 Fevral 2022    Oxunub:881
Avstriya, Almaniya, Slovakiya və Çexiyanın xarici işlər nazirləri bu gün Ukraynaya səfər edəcəklər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, diplomatlar Ukrayna rəhbərliyi ilə görüşməyi, həmçinin Donbasdakı təmas xəttinə baş çəkməyi planlaşdırır.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas mövzuları Normand formatı (Almaniya, Rusiya, Ukrayna, Fransa) çərçivəsində səylərin əlaqələndirilməsi, “Rusiyanı cilovlamaq üçün hərtərəfli paketin” həyata keçirilməsi, ticarət əlaqələrinin inkişafı və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi olacaq.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti