İki erməni hərbçi mövqelərdən yoxa çıxıb

   İki erməni hərbçi mövqelərdən yoxa çıxıb
  07 Fevral 2022    Oxunub:1165
Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb/ AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Onlardan biri Ermənistanın Vayotsdzor Qladzor icmasının sakini müqaviləli hərbçi 33 yaşlı Vahe Manukyandır. Qeyd olunur ki, onun ailəsi hədsiz yoxsulluq şəraitində yaşayır.
Vahe Manukyan 2021-ci il noyabrın 12-dən axtarışda olub, həyat yoldaşı ilə telefon danışığı zamanı hərbçi mövqelərdən yoxa çıxıb. İtkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hansı əsasla hərbi polis əməkdaşlarının ailəyə Vahenin fərari kimi özbaşına qaçması barədə məlumat verməsi bəlli deyil, çünki bir nəfər də olsun şahid və müvafiq ifadə yoxdur.

Üstəlik, Vahenin yoxa çıxma şəraiti, xüsusən də Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması fonunda çox şübhəlidir. Məsələ burasındadır ki, Vahe xidmətinin bitməsindən bir neçə gün əvvəl yoxa çıxıb. O, yenidən müqavilə bağlamaq, xidmət müddətini uzatmaq üçün artıq Müdafiə Nazirliyinə ərizə yazmışdı.

Xatırladaq ki, ötən il mayın 16-da eyni mövqedən daha bir əsgər Narek Mkrtçyan itkin düşüb. O, Noyemberyandandır, Geqarkunik mövqelərindən itkin düşüb. Ona qarşı da, eyni əsasda cinayət işi başlanıb. Bir ilə yaxın davam edən istintaq zamanı Narek işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ERməni   Hərbçi   İtkin  



Xəbər lenti