Britaniyanın XİN başçısı Rusiyaya səfərə gedir

Britaniyanın XİN başçısı Rusiyaya səfərə gedir
  07 Fevral 2022    Oxunub:943
Böyük Britaniyanın xarici işlər naziri Li Trassın Rusiyaya inin tarixi açıqlanıb.
AzVision.az xəbər verir ki, "The Times" qəzeti nazirin fevralın 10-da Rusiyaya gedəcəyini yazıb.

Məlumata görə, nazir həmkarı Sergey Lavrovla görüşəcək. O, Rusiyanı Ukraynaya qarşı eskalasiyanı azaltmağa və hücum niyyətindən əl çəkməyə çağırmaq niyyətindədir. Qeyd olunur ki, XİN başçısı yaranmış fikir ayrılıqlarının diplomatiya yolu ilə həllinin lehinə çıxış edəcək, bu isə “Britaniya, NATO və Ukraynanın deyil, həm də Rusiya sakinlərinin maraqlarına uyğundur.

Yanvarın 31-də Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən Trass yaxın iki həftə ərzində Moskvaya səfər etməyi planlaşdırdığını söyləyib. Böyük Britaniyanın xarici işlər nazirləri 2017-ci ilin dekabrından bəri Rusiyaya səfər etməyiblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Britaniya-XİN   Rusiya   Səfər  



Xəbər lenti