Şuşada ermənilərin yandırdığı kitab fondu bərpa olunur

Şuşada ermənilərin yandırdığı kitab fondu bərpa olunur
  07 Fevral 2022    Oxunub:2219
"Bizim məqsədimiz və vəzifəmiz Şuşanın şanlı tarixini, ruhunu özünə qaytarmaqdır. Şuşada bir çox tarixi mədəniyyət abidələrinin bərpasına başlanıldı. Şuşanın ruhu da bərpa edilir. Əminəm ki, Xan Şuşinskinin ruhu azaddır, xoşbəxtdir.".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Şuşa- Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimində deyib. O, bildirib ki, bu il Şuşa ilinin açılışına Milli Kitabxanadan başlanılıb.

" "Şuşaya kitabla gedək" layihəmiz var. Orada ermənilər tərəfindən yandırılmış kitab fondunun bərpası ilə bağlı işlər aparılır. Bu vaxta kimi 60 min kitab toplanılıb. Əminəm ki, Şuşada bərpa olunan kitabxanada layihə layiqli yerini tutacaq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şuşa  





Xəbər lenti