Makron 8 erməni hərbçinin Ermənistana təhvil verməsini alqışlayıb

 Makron 8 erməni hərbçinin Ermənistana təhvil verməsini alqışlayıb
  07 Fevral 2022    Oxunub:1253
Fransa prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Fransa lideri tviterdə yazıb.

“Səkkiz erməni hərbçi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik!”, - Makron vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Makron   Erməni-hərbçi  



Xəbər lenti