NATO-nun baş katibi Ərdoğana təşəkkür edib

   NATO-nun baş katibi Ərdoğana təşəkkür edib
  07 Fevral 2022    Oxunub:963
NATO-nun baş katibi Yens Stoltenberqlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Alyans rəhbəri tvitterdə yazıb.

O bildirib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna gərginliyi müzakirə olunub.

“Siyasi həll yolu tapmaqda göstərdiyi fəal dəstəyə və şəxsi iştirakına görə Ərdoğana təşəkkür etdim. Türkiyənin Ukraynaya güclü praktiki dəstəyini alqışlayırıq. NATO dialoqa hazırdır", - Stoltenberq vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ərdoğan   Stoltenberq  



Xəbər lenti