Bayden Şoltsla Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Bayden Şoltsla Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
  07 Fevral 2022    Oxunub:1299
ABŞ Prezidenti Cozef Bayden və Almaniya Kansleri Olaf Şolts Ağ Evdə geniş spektrli məsələləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti və Rusiyanın işğalı halında Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bunu Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi qarşıdan gələn danışıqlara həsr olunmuş xüsusi brifinqdə jurnalistlərə bildirib.

“Çox güman ki, onlar Ukrayna ilə sərhəddə Rusiyanın hərbi mövcudluğunun artması ilə bağlı ümumi narahatlıqları, həmçinin Rusiyanı gərginliyi azaltmağa sövq etmək üçün davam edən diplomatik və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün davam edən səylərə ortaq öhdəliklərini müzakirə edəcəklər. Bu baxımdan, onlar Rusiyanın Ukraynaya növbəti müdaxiləsi halında (Moskva üçün – Red) ciddi xərclərə səbəb olacaq güclü sanksiyalar paketinin hazırlanması üzrə davam edən səylərimizi müzakirə edəcəklər”- deyə, o bildirib.

AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti